Dünyada gedən rəqəmsal transformasiya prosesi rəqəmsal aktivlərə, xüsusilə də kriptovalyutalara və paylanılmış maliyyə həllərinə marağı artırıb.
Eləcə də bax: Azərbaycanda kriptovalyuta - Qadağan Oluna Bilər?
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd olunub ki, bu sahəyə olan marağın geniş vüsət almasına baxmayaraq, Azərbaycanda kriptolaşmanın hazırkı səviyyəsi pul siyasəti və maliyyə vasitəçiliyi üçün təhlükə yaratmır.
Lakin AMB-dən həmçinin bildirilib ki, kriptovalyutalar əsasən investisiya məqsədləri üçün istifadə olunduğundan onların dəyərində kəskin volatillik müşahidə olunur.
"Bu səbəbdən Mərkəzi Bank bir daha kriptovalyuta istifadəçilərinə tövsiyə edir ki, kriptovalyutalara investisiya edərkən potensial riskləri nəzərə alsınlar", - requlyator vurğulayıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.