«Amazon» şirkətinin səhmlərinin qiyməti 3 min dolları, şirkətin bazar dəyəri isə 1,5 trilyon dolları keçib.
Eləcə də bax: Bu yazı ləng qərarverənlər üçündür - CEFF BEYZOSUN «PMÇ.» METODU
FED.az xəbər verir ki, Nasdaq birjasında şirkətin qiymətli kağızlarının bu qiyməti ilk dəfədir ki, qeydə alınıb.
Qeyd edək ki, indiyədək daha iki şirkətin bazar kapitalizasiyası 1,5 trilyon dollara çatıb, bunlar «Apple» və «Microsoft»dur.
«Amazon» internet üzərindən mal və xidmətlərin satışını təşkil edən ən böyük şirkətdir. Şirkət 1994-cü ildə Cef Beyzos tərəfindən yaradılıb. «Bloomberg Billionaires Index»nin ("Milyardçıların indeksi ") hesablamasına görə, biznesmenin sərvəti 172 milyard dollardır.