ABŞ Ədliyyə Nazirliyi, keçən ay ölkənin ən böyük neft boru kəməri "Colonial Pipeline"a kiber hücum təşkil edən hakerlərə ödənən kriptovalyutanın çoxunun geri alındığını açıqlayıb.
FED.az xəbər verir ki, Federal İstintaq Bürosunda Direktor müavini Paul Abbate mətbuat konfransında etdiyi çıxışında, "DarkSide" adlı haker qrupunun "Colonial Pipeline" üçün istədiyi haqq üçün istifadə etdiyi Bitcoin pulqabısının ələ keçərildiyini qeyd edib.
ABŞ-ın Şərqinin yanacağa olan ehtiyacının təxminən 45%-ini qarşılayan "Colonial Pipeline", keçən ay haqq istəyən hakerlərin siber hücumunun hədəfi olmuşdu.
"Colonial Pipeline"ın İcraçı direktoru etdiyi açıqlamasında, şirkətin məlumatlarının xilas edilməsi üçün hakerlərə 4,4 milyon dollar Bitcoin ödədiklərini bildirmişdi. (Marja)