ABŞ-da səhmlər koronavirusla mübarizədə istifadə ediləcək bir dərmana ümidlərin artması ilə birlikdə yüksəlib. ABŞ iqtisdaiyyatı 2008-ci ildən bəri yaşanan ilk ən böyük enişdən yenidən yüksəlişə keçib.
Eləcə də bax: Azərbaycanın elektron ödəniş sistemi daxili kriptovalyutasını - İSTİFADƏYƏ VERİB
FED.az xəbər verir ki, “Gilead Sciences Inc” şirkəti koronavirus üçün potensial müalicə sınaqları ilə bağlı müsbət məlumatları açıqladıqdan sonra "Standard & Poor's 500" (S&P 500) indeksi təxminən 2% artıb. “Alphabet Inc”in gözləniləndən daha yaxşı satış məlumatlarının yayılması böyük texnologiya şirkətlərinə dəstək olub.
ABŞ-da ümumi daxili məhsul məlumatları dünyanın ən böyük iqtisadiyyatının ilk rübdə 4.8% azaldığını göstərib. Bu məlumatlar, siyasətçilərin iqtisadi vəziyyəti nəzərdən keçirəcəyi Fed yığıncağının bitməsindən bir neçə saat əvvəl gəlib. Digər tərəfdən, dünya ölkələri koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər və məhdudiyyətlərdən sonra iqtisadiyyatlarını yenidən gücləndirməyi planlaşdırır.
Indenpendent Advisor Alliance baş investisiya stratejisti Chris Zaccarelli açıqlamasında "Bu gün açıqlanan iqtisadi məlumatlar keçmişə işarə edib, bazarlar irəliləməyə davam edəcək. Qısa zamanda iqtisadi fəaliyyət yenidən başlayıacaq, koronavirusun peyvəndi və onun müalicəsini qısa müddətdə mümkün olacaq" deyib.
Qeyd edək ki, “S&P 500” indeksi 17: 10-da 61,84 bənd və ya 2,16 faiz artarkən “Dow Jones” indeksi 470,14 bənd və ya 1,95 faiz artaraq 24 571,69 bənd, “Nasdaq” indeksi 225,36 bənd və ya 2,62 faiz artaraq 8,833,09 bəndə çatıb.