Ən çox istifadə olunan kriptovalyuta olan bitkoin bu gün keçirilən hərraclarda bahalaşıb.
Eləcə də bax: Seçkilər və birjalar: Prezident seçkiləri səhmlərin qiymətini necə dəyişir?
FED.az xəbər verir ki,“Coin MarketCap”a görə, Bakı vaxtı ilə saat 11.06-ya olan vəziyyətə görə, bitkoin orta hesabla 4,11 faiz bahalaşaraq 14 339 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 3,98 faiz bahalaşaraq 14 345 dollardan satılıb.
Bütövlükdə kriptovalyutalar bazarının 64,7 faizi bitkoinin payına düşür. (Report)