2026-cı ilin yanvar-fevral ayları üzrə “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 8 milyard 7 milyon manat təşkil edib.
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 7 milyard 531 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 402,6 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 43,2 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 28,6 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 1,8 milyon manat olub.
Hesabat dövründə şirkətin dövlət istiqrazları və korporativ istiqrazlar bazarında aktivliyi kəskin artıb.
Dövlət istiqrazları üzrə dövriyyə 398,3 milyon manat və ya (94,8 dəfə), korporativ istiqrazlar üzrə isə 39,6 milyon manat və ya (12,1 dəfə) yüksəlib. ARMB qiymətli kağızları bazarında isə şirkət 28,6 milyon manatlıq yeni əməliyyatlar həyata keçirib.
Hesabat dövrünün nəticələrinə görə, «ABB İnvest»in əməliyyatlarının sayı 2,748 ədəd (54,4%) azalaraq 2,305-ə bərabər olub.












