Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin 2026-cı ilin ilk iki ayı ərzində apardıqları əməliyyatların sayı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bəzi şirkətlərin əməliyyat aktivliyində artım müşahidə edilib və həmin şirkətlər göstəricilərini yaxşılaşdırıb.
Əməliyyat sayına görə artım dinamikasında liderlik "Troni İnvestisiya Şirkəti" QSC-yə məxsusdur. Şirkətin əməliyyat sayı ötən ilki 1 289-dan 1 775-ə yüksələrək 486 vahid, yəni 37,7 faiz artıb.
"MFX Trading İnvestisiya Şirkəti" üzrə isə bu rəqəm 9-dan 11-ə çatıb ki, bu da 22,2 faizlik artım deməkdir. "CPM-Invest İnvestisiya Şirkəti" QSC-nin əməliyyat sayı 581-dən 692-yə çatmaqla 19,1 faiz (111 vahid) artıb.
Sıralamanın davamında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin 950-dən 1 067-yə yüksələrək 12,3 faiz (117 vahid), "Invest-Az İnvestisiya Şirkəti" ASC-nin isə 272-dən 293-ə çataraq 7,7 faiz (21 vahid) artım nümayiş etdirdiyi qeyd olunur.












