Bu ilin yanvar-fevral aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 1 milyard 726 milyon 977 min manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 810 milyon 524 min manat və ya 88,4% çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi olmayıb. Dövlət istiqrazları üzrə dövriyyə 208 milyon 764 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 70 milyon 459 min manat, səhm əməliyyatları üzrə dövriyyə 14 min manat, repo əməliyyatları üzrə dövriyyə 1 milyard 447 milyon 740 min manat təşkil edib.
Əməliyyat sayı isə 357 təşkil edib.
Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 105 milyon 265 min manat (2dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 20 milyon 775 min manat (41,8%), səhm əməliyyatları üzrə dövriyyə 8,5 min manat (2,5dəfə), repo əməliyyatları üzrə dövriyyə 720 milyon 442 min manat (99,1%) artıb.
Əməliyyat sayında isə 179 ədəd və ya 2 dəfə artım qeydə alınıb.