“A Taksi” QSC qiymətli kağızlarının (sənədsiz, adi, adlı səhm) bir qismini dövriyyədən çıxararaq ləğv edir.
Eləcə də bax: «Qax Avtonəqliyyat»ın sahibləri kredit qaytarmaq üçün toplaşırlar
FED.az şirkətə istinadən xəbər verir ki, qiymətli kağızların bir qisminin dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi cəmiyyətin ümumi yığıncağının qərarıdır.
Dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların nominal dəyəri – 1000 manat, sayı isə – 98 ədəddir.
Qiymətli kağızların geri ödənilməsi şərtlərinə görə, səhmdarların hər birinə 49 min manat onların bank hesablarına köçürülməklə səhmlərin dəyəri geri ödəniləcəkdir.
“A Taksi” QSC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13A, Xətai İş Mərkəzi, 12-ci mərtəbədə yerləşib.
2018-ci ildə dövlət qeydiyyatına alınmış və 100 min manat nizamnamə kapitalına malik olan "A Taksi" şirkətinin qanuni təmsilçisi Rəşad Mursaqulovdur. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.