"Qax Avtonəqliyyat" ASC Səhmdarlarının ümumi yığıncağını keçirəcək. FED.az xəbər verir ki, ümumi yığıncaqda digər məsələlərlə bağlı şirkətin kreditor borclarının qaytarılması da müzakirə olunacaq.
Yığıncaq 21 dekabr 2021-ci il tarixdə, saat 11:00-də Qax şəhəri, M.Mustafayev 34 ünvanında baş tutacaq. Gündəlikdə duran məsələlələr:
1. Cəmiyyətin sədrinin təyin olunması.
2. Cəmiyyətin gələcək fəaliyyəti.
3. Kreditor borcların qaytarılması.