18 may 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) ümumi dəyəri 20 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı 20 milyon manatlıq - İSTİQRAZ BURAXIR – GƏLİR İMKANI
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Bildirilən qiymətli kağızlar üzrə 13 may 2022-ci il tarixində Bakı Fond Birjası və "ABB-İnvest İnvestisiya" şirkəti arasında marketmeyker müqaviləsi imzalanıb. Müqaviləyə əsasən "ABB-İnvest İnvestisiya" şirkəti AZ2001004582 dövlət qeydiyyat nömrəli qiymətli kağızların tədavül müddəti ərzində 50 min manatdan az olmayaraq gündəlik alış və satış öhdəliyini üzərinə götürüb.