2 iyun 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 15,000 000 manat həcmində adlı, sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 004.0833 manat qiyməti ilə satışa çıxarılacaqdır.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı 20 milyon manatlıq - İSTİQRAZ BURAXIR – GƏLİR İMKANI
FED.az Fonda istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən Fondun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 1 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 65,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.