21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Unibank"ın istiqrazları listinqə - DAXİL EDİLDİ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 30 noyabr 2022-ci il tarixində "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 12 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, tədavül müddəti 6 il, kupon faizlərin ödəniş müddəti hər 90 gündən birdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.