Beş illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti (ikinci) kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.
Eləcə də bax: SOCAR istiqrazlarının son 6 ildə sahiblərinə qazandırdığı gəlir - AÇIQLANIB - FOTO
FED.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, SOCAR istiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1,125 mln. dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək.
“Bununla da, investorların ümumi qazancı 2,25 mln. dollara yüksəlmiş olacaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, qarşıda daha 18 kupon ödənişi və 20,25 mln. dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.