Azərbaycanda fəaliyyət göstərən türk investiiyalı iki bankdan biri – «Ziraat Bank Azərbaycan» 2020-ci ilin 1-ci rübü üzrə hesabatını açıqlayıb.
Banklar 2020-ci ilin I rübünü belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 4156,57 min manat, faiz xərcləri 1309,46 min manat təşkl edib.
Hesabat rübündə bankın qeyri-faiz gəlirləri 1 489,59 min manat, qeyri-faiz xərci 2100,95 min manat olub.
Nəticədə «Ziraat Bank Azərbaycan» rübü 1 milyon 883 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bank bu vəsaitin 1270 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üün xüsusi ehtiyatın yaradılmasına yönəldib. Nəticədə bankın xalis mənfəti 612 min manat təşkil edib.
"PAŞA Bank"ın mənfəəti kəskin azalıb - HESABAT
Bu ötən ilin eyni göstəricisindən 36% azdır, «Ziraat Bank Azərbaycan» 2019-cu ilin 1-ci rübünü 959 min manat mənfəətlə başa vurmuşdu.
Birinci rübün nəticəsinə görə, «Ziraat Bank»ın aktivləri 249 milyon 397 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artım), öhdəlikləri 176 milyon 845 min manat (17,2% artıb), cəmi kapitalı 72 milyon 552 min manat (5,4% artıb) təşkil edib.
Bank VTB (Azərbaycan) həssas əhali qrupuna – YARDIM EDİB
Bu dövrdə bankın kreditləri 146 milyon 826 min manat (34,2% artıb), maliyyə institutlarındakı derpozitləri 25 milyon 500 min manat (dəyişməyib), qiymətli kağızlara investisiyaları 10 milyon 791 min manat (2,7 dəfə artıb) təşkil edib.
Birinci rübün sonunda bankdakı depozitlər 86 milyon 622 min manat (17% artıb), fiziki şəxslərin əmanətləri 52 milyon 935 min manat (4,3% artıb), hüquqi şəxslərin depozitləri isə 33 milyon 685 min manat (44,6% artıb).