“Ziraat Bank”Azərbaycana əmənət yatıranların sayı hiss olunacaq dərəcədə azalıb. FED.az xəbər verir ki, bu ilin ilk 6 ayında “Ziraat Bank” Azərbaycana yatırılan əmanətlərin məbləği  65 mln 657 min manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28 mln 620 min manat və ya 30.4%  azdır.
Eləcə də bax: Ziraat Bankın aktivləri - 16% AZALIB
“Ziraat Bank” Azərbaycanın əmanət tarixçəsinə baxsaq görərik ki,  əmanət göstəriciləri 2016-cı ilin ilk 6 ayı ərzində 29 mln 952 min manat, 2017-ci ilin eyni dövründə  61 mln 249 min manat, 2018-ci ilin birinci yarısında 94 mln 277 min manat, 2019-cu ilin birinci 6 ayı ərzində isə 65 mln 657 min manat təşkil edib.
Ümumilikdə “Ziraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri illik müqayisədə  23,4% azalaraq 124 mln 728 min  manat olub
 
                                                    
                                                    
                    “Ziraat Bank”Azərbaycanın müştəriləri 28 mln manatdan çox əmanəti geri götürüb - HESABAT
                            
                            
                        
                            11:11
                            10 İyul 2019
                        
                        





                
                
                
                
                
                
                
                
                
                
                
                







