Azərbaycanda qardaş Türkiyə kapitalı ilə fəaliyyət göstərən «Ziraat Bank Azərbaycan» 2024-cü ilin 2-ci rübünün uğurlu nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilkyarım ildə «Ziraat Bank Azərğaycan» böyüyüb, mənfəəti kəskin artıb.
Azərbaycan bankları 2-ci rübü belə başa vururlar – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI (YENİLƏNİR)
İlk yarım ildə Bankın faiz gəlirləri 24,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü il müqayisədə 5 milyon manat artıqır.
«Premium bank» tədricən «kiçilir», bankdakı depozitlər geri çəkilir - HESABAT
Faiz gəlirərinin böyük hissəsi -16,4 milyon manat kredit portfelindən daxil olan gəlirlərdir – bankın kredit portfelinin böyüməsi özünü gəlirlərdə də göstərib. Banklar və digər maliyyə təşkilatlarına verilən kreditlər «Ziraat Bank»a 1,3 milyon manar, başqa banklardakı depozitlər isə daha 5 milyon manat gəlir gətirib. Qiymətli kağızlardan isə «Ziraat Bank» cəmi 1,4 milyon manat gəlir əldə edib.
İlk yarım ildə «Ziraat Bank»ın faiz xərcləri də artıb. Bu dövrdə bankın depozit portfelinin kəskin artımı özünü əmanət sahiblərinə ödənişlərdə göstərib, bu məbləğ ötən ilki 4,2 milyon manatdan, bu il 50% artaraq 6,4 milyon manata yüksəlib. Daha 1,7 milyon manatı isə «Ziraat Bank» bu bankda depozitləri olan bank və maliyyə təşkilatlarına ödəyib.
Hesabat dövründə «Ziraat Bank»ın qeyri-faiz gəlirləri də artıb, özü də bütün maddələr üzrə. Bankın haqq komissiya gəlirləri 20% artaraq 3,5 milyon manata, valyuta əməliyyatlarından gəlirləri 10% artaraq 2,5 milyon manata, digər komissiya gəlirləri isə 30% artaraq 2 milyon manata çatıb.
Bankın genişlənməsi və heyətinin böməsi özünü qeyri-faiz xərclərində göstərib – ilk 6 ayda bankda əmək haqqı xərcləri 1.2 milyon manat və ya 34% artaraq 4,7 milyon manata yüksəlib.
Bütün gəlir və xərcləri nəzərə alanda «Ziraat Bank» 2024-cü ilin ilk yarısını 12,9 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu ötən illə müqayisədə 2,7 milyon manat artıqdır. Bu məbləğin 4,8 milyon manatı mümkün zərərlər üçün ehtiyatlara ayrılıb (ötən il ehtiyata ayrılan məbləğ 6 milyon manatdan artıq idi).
Nəticədə bank yarım ili 8 milyon 129 min manat xalis mənfəətlə tamamlayıb – bu ötən ilin eyni dövrünə nisbətə 2 dəfə artıqdır.
2024-cü ilin ilk yarısında «Ziraat Bank»ın fəaliyyətində nəzərə çarpan ən ciddi dəyişiklik bankın sürətli böyüməsidir.
Bu dövrdə bankın aktivləri 136 milyon manat və ya 21% artaraq 773 milyon manata yüksəlib. Bank bu artımın 35 milyon manatını kredit portfelinə transformasiya edə bilib – kredit portfeliilin əvvəlindən 35 milyon manat artaraq 391 milyon manatdan 425 milyon manata yüksəlib.
Əsas artım «Ziraat Bank»ın Mərkəzi Bankdakı hesablarında (23 milyondan 42 milyon manata artıb) və başqa banklardakı müxbir hesablarında (48 milyon manatdan 135 milyon manata yüksəlib) baş verib.
Bankn öhdəlikləri də eyni sürətlə – 127 milyon manat artaraq 647 milyon manata yüksəlib. Depozit portfeli 411 milyon manatdan 532 milyon manata qalxıb, artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitlərində baş verib.
Hesabat dövründə bankın kapital mövqeyi də güclənib, cəmi kapitalı 9 milyon manat artaraq 117 milyon manatdan 127 milyon manata yüksəlib.