“Ziraat Bank Azərbaycan” ASC 2020-ci ili 2,111 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 32,8% azdır.
Ötən il “Ziraat Bank Azərbaycan”ın gəlirləri 24,19 milyon manat (illik müqayisədə 13,7% çox), xərcləri 16,507 milyon manat (20,7% çox), xüsusi ehtiyatlara ayırmaları 5,043 milyon manat (37,4% çox), mənfəət vergisi ödəmələri isə 528 min manat (33,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 298,962 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,9% çoxdur. Bunun 152,563 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 7,4% böyüyüb.
Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 23,3% artaraq 224,831 milyon manata, o cümlədən depozit portfeli 77,3% artaraq 151,868 milyon manata, balans kapitalı isə 4,1% artaraq 74,131 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. (Report)