“Zıraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyin edilib.
Eləcə də bax: Azərbaycanda da törəməsi olan iri banka yeni sədr - Təyin Edildi
FED.az xəbər verir ki, bunlar İlkər Met və Səlcuq Dəmirdir.
Onlar bu vəzifələrdə müvafiq olaraq Bilgəhan Kurunu və Avni Dəmirçini əvəz ediblər.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. (Report)