Azərbaycanda da törəmə bankı olan Türkiyənin Ziraat Bankına (Ziraat Bankası) yeni sədr təyin edilib.
Eləcə də bax: Ziraat Bankın rəhbəri vəzifəsini tərk edir
FED.az xəbər verir ki, Bankın İdarə Heyətinin sədri vəzifəsinə Alpaslan Çakar təyin edilib.
15 iyul 2011-ci ildən bu yana Ziraat Bankın sədri olan Hüseyin Aydın, 26 Mart tarixində təşkil edilən Bankın yığıncağından sonra vəzifəsini Alpaslan Çakara təhvil verib.
Alpaslan Çakar, Bankın Fərdi bankçılıq Departamentində çalışırdı.
Qeyd edək ki, "Ziraat Bank Türkiyə" "Ziraat Bank Azərbaycan" ASC-nin səhmdarıdır. (Marja)