«Ziraat Bank Azərbaycan» ASC-nin İdarə Heyətinin sədri Avni Demircinin infarkt keçirməsi ilə bağlı məlumatı həqiqətə uyğun deyil. Bankın sədri Avni Dəmirçi özü FED.az-a açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib. Bank rəhbərinin sözlərinə görə, belə məlumatlar əsassızdır və onun necə yayılması barədə məlumatı yoxdur.
Eləcə də bax: Azərbaycanda hansı türk bankı daha uğurludur? – YAPI KREDİ VƏ YA ZİRAAT
Xatırladaq ki bu gün “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demircinin infarkt keçirdiyi və bununla əlaqədar laraq 51 yaşlı bankirin Türkiyəyə aparıldığı barədə məlumat yayılmışdı.
Avni Demirci bank sektorunda 23 ildən artıq peşəkar iş təcrübəsinə malikdir. 30.12.2014-cü il tarixindən etibarən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra etməkdədir.