FED.az Azərbaycanda Türkiyə kapitalı ilə fəaliyyət göstərən iki bankdan biri - “Ziraat Bank Azərbaycan”ın gəlir mənbələrini təqdim edir.
"Ziraat Bank Azərbaycan"da əmək haqqı xərcləri - 34% ARTIB
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə “Ziraat Bank Azərbaycan”ın ümumi gəlirləri 13 milyon 481 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 20-ci yeri tutur.
Əldə edilən gəlirin böyük hissəsi – 7 milyon 890 min manatı və ya 59%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
İkinci ən çox gəlir gətirən mənbə bankın digər banklara ayırdığı depozit və kreditlərdir – ümumilikdə 2 milyon 735 min manat və ya ümumi gəlirin 20%-i.
Komissiya haqlarından isə 1 milyon 661 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 12%-i deməkdir.
Daha 1 milyon 195 min manat isə valyuta əməliyyatlarından daxil olub, başqa sözlə bankın bütün gəlirlərinin 9%-i. Azərbaycanda xarici kapitalla fəaliyyət göstərən bütün banklar kimi, “Ziraat Bank Azərbaycan”ın da valyuta əməliyyatlarından gəlirləri kifayət qədər yüksəkdir.
Ümumiyətlə, “Ziraat Bank Azərbaycan”ın gəlirlərinin 79%-i faiz, 21%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
7 890 |
59% |
Komissiya haqları |
1 661 |
12% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 195 |
9% |
QK-a investisiyadan gəlir |
|
|
Digər banklara depozitlərdən gəlirlər |
2 379 |
17% |
Digər banklara kreditlərdən gəlirlər |
356 |
3% |
Digər faiz gəlirləri |
|
|
Digər qeyri-faiz gəlirləri |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
13 481 |
100% |