«Ziraat Bank Azərbaycan » ASC pulu nədən qazanır?
FED.az Azərbaycanda Türkiyə kapitalı ilə fəaliyyət göstərən iki bankdan biri - “Ziraat Bank Azərbaycan”ın gəlir mənbələrini təqdim edir.
"Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 54%-dən çox artıb
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə “Ziraat Bank Azərbaycan”ın ümumi gəlirləri 37 milyon 370 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 17-ci yeri tutur. Bu məbləğin böyük hissəsi – 22 milyon 120 min manatı və ya 59%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb. İkinci ən çox gəlir gətirən mənbə bankın digər banklara ayırdığı depozit və kreditlərdir – ümumilikdə 6 milyon 906 min manat və ya ümumi gəlirin 18%-i . Komissiya haqlarından isə 4 milyon 615 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 13%-i deməkdir. Daha 3 milyon 412 min manat isə valyuta əməliyyatlarından daxil olub, başqa sözlə bankın bütün gəlirlərinin 9%-i . Azərbaycanda xarici kapitalla fəaliyyət göstərən bütün banklar kimi, “Ziraat Bank Azərbaycan”ın da valyuta əməliyyatlarından gəlirləri kifayət qədər yüksəkdir. Bank daha 452 min manatı da digər qeyri-faiz gəlirlərindən əldə edib.
Ümumiyətlə, “Ziraat Bank Azərbaycan”ın gəlirlərinin 76%-i faiz, 24%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
22 120 |
59% |
QK-a investisiyadan gəlir |
-135 |
-1% |
Digər banklara depozitlərdən gəlirlər |
6 150 |
16% |
Digər banklara kreditlərdən gəlirlər |
756 |
2% |
Komissiya haqları |
4 615 |
13% |
Valyuta əməliyyatlarından gəlirlər |
3 412 |
9% |
Digər faiz gəlirləri |
- |
- |
Digər qeyri-faiz gəlirləri |
452 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
37 370 |
100% |