"Ziraat Bank Azərbaycan” ASC (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) 2022-ci ilin I rübündə aktivlərini 15,8% - 449,37 milyon manata qədər artırıb.
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Eləcə də bax: "Ziraat Bank Azərbaycan"ın vəziyyəti - MƏLUM OLDU
31 mart 2022-ci il tarixinə bankın kredit portfeli 264,62 milyon manat (2021-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 14,4%) təşkil edib.
“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 347,975 milyon manata (artım 13,8%) bərabərdir.
Bankda depozitlər 247,833 milyon manat (artım 17,9%), o cümlədən əhalinin əmanətləri 67,304 milyon manat (azalma 6,2%) təşkil edir.
Aprel ayının əvvəlinə “Ziraat Bank Azərbaycan”ın kapitalı 101 milyon 394,6 min manata (artım 23,1%), nizamnamə kapitalı 65 milyon manata (artım 31%) bərabərdir.
Cari ilin I rübünün yekunları üzrə bankın xalis mənfəəti 2 milyon 51 min manat (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 4,2 dəfə) olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azərbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. (İnterfaks-Azərbaycan)