"Ziraat Bank Azərbaycan" ASC 2022-ci 1-ci rübünü 2 milyon 50,5 min manat xalis mənfəət ilə başa vurub.
Eləcə də bax: “Ziraat Bank Azərbaycan”ın da vəziyyəti - MƏLUM OLDU - BANK HESABATI
FED.az xəbər verir ki, bank ötən ilin eyni dövrünü 492,5 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 4,2 dəfə artıb.
XXX
"Ziraat Bank Azərbaycan" 2022-ci ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, portfelində və cəlb edilmiş əmanətlərdə əhəmiyyətliartım müşahidə edilib. Belə ki, ötən ilin sonu ilə müqayisədə kredit portfelində 14.45%, əmanət portfelində isə 17.93 % artıb.
"Ziraat Bank Azərbaycan"ın aktivləri də ötən ilin sonu ilə müqayisədə 15.8% artaraq 449 milyon 370 min manata yüksəlib. Bankın cəmi kapitalı isə ötən ilin sonu ilə müqayisədə19 milyon manat artaraq 101 milyon manatı keçmişdir.
Bankın xalis mənfəəti 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə 4,2 dəfə artaraq 2 milyon manatı keçib.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Nüfuzlu “Global Finance” nəşrinin bu ilki araşıdırmalarına görə Azərbaycanda Ticarətin Maliyyələşdirilməsi sahəsində ən yaxşı xidmət təqdim edən bank mükafatına layiq görülmüşdür. (Marja)