FED.az Azərbaycanda Türkiyə kapitalı ilə fəaliyyət göstərən iki bankdan biri - “Ziraat Bank Azərbaycan”ın gəlir mənbələrini təqdim edir.
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Ziraat Bank Azərbaycan»ın ümumi gəlirləri 20 milyon 771 min manat təşkil edib.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 13,2 milyon manatı və ya 64%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 3,6 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 18%-i deməkdir.
Daha 2,4 milyon manat isə valyuta əməliyyatlarından daxil olub, Azərbaycanda xarici kapitalla fəaliyyət göstərən bütün banklar kimi, «Ziraat Bank Azərbaycan»ın da valyuta əməliyyatlarından gəlirləri kifayət qədər yüksəkdir.
Bank daha 1 milyon manatı da qiymətli kağızlara yatırımlardan əldə edib. Ümumi gəlirlərin təqribən 5%-i fond bazarından gəlir.
«Ziraat Bank Azərbaycan»ın başqa banklara həm depozit yerləşdirməsi, həm də kredit ayırması istiqamətində gəlirləri var – təqribən yarım milyon manat.
Ümumiyətlə, «Ziraat Bank Azərbaycan»ın gəlirlərinin 71%-i faiz, 29%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlirdə payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 13 243 | 64% | 
| QK-a investisiyadan gəlir | 1 000 | 5% | 
| Digər banklara depozitlərdən gəlirlər | 128 | - | 
| Digər banklara kreditlərdən gəlirlər | 377 | 2% | 
| Komissiya haqları | 3 645 | 18% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 2 411 | 12% | 
| Digər faiz gəlirləri | - | - | 
| Digər qeyri-faiz gəlirləri | 28 | - | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 20 771 | 100% | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








