"ABA olaraq hesab edirik ki, bank-maliyyə sistemində rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir. Rəqəmsal banklar üzrə müvafiq qanunvericilik bazasının yaradılması bank-müştəri münasibətlərinin tam şəkildə rəqəmsal mühitə keçidini sürətləndirəcək, innovativ həllərin tətbiqini təşviq edəcək və yeni inkişaf tendensiyalarına uyğun məhsul və xidmətlərin bazara çıxarılmasına imkan verəcək".
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
"Hazırda hesab üzrə məlumat xidmətinin təqdim edilməsinə əsaslanan açıq bankçılıq funksionallığı istifadəyə verilib və bir sıra banklar tərəfindən tətbiq olunmağa başlanıb. Növbəti mərhələdə isə ödəniş əməliyyatların başladılması üzrə vasitəçilik xidməti (payment initiation service) üzrə açıq bankçılıq xidmətlərinin tətbiqi nəzərdə tutulur və bu istiqamətdə müvafiq işlər davam etdirilir.
Açıq bankçılıq texnologiyasının tətbiqi rəqəmsal ödəniş ekosistemində iştirakçılar arasında inteqrasiyanın daha da dərinləşməsinə və maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına geniş imkanlar yaradacaq.
Ümumiyyətlə, bu sahədə görülən işlər vətəndaşlara öz vəsaitlərini təhlükəsiz və gəlirli şəkildə maliyyə sisteminə yönəltmək üçün əlverişli şərait formalaşdırır. Bu isə həm fərdi rifahın artmasına, həm də ümumilikdə ölkədə maliyyə bazarlarının inkişafına mühüm töhfə verir". (APA)












