"Banklar vasitəsilə geniş təbliğat aparmağa çalışırıq ki, insanlar banklarla mövcud olan mübahisələri məhkəmədən kənar, məhkəməyə qədər məhz ombudsman vasitəsilə həll etsinlər".
Eləcə də bax: Banklarla müştərilərini barışdıracaqlar – AZƏRBAYCANDA YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, ölkədə Medasiya Şurası yaradılıb ki, bu da mübahisələrin məhkəməyə qədər həll olunmasına xidmət edən institutdur: "Bu işdə müəyyən uğurlar var. Hazırda banklar vasitəsilə geniş təbliğat aparmağa çalışırıq ki, insanlar mübahisələrini məhkəməyə qədər məhz ombudsman vasitəsilə həll etsinlər".