Azərbaycanın aparıcı banklarından və bank sektorunun liderlərindən biri – «Bank Respublika» ASC bu il 30 illik yubileyini qeyd edir.
Eləcə də bax: "Bank Respublika" 30 yaşına həsr edilmiş nağd kredit kampaniyası - ELAN EDİR!
FED.az xəbər verir ki, «Bank Respublika» öz fəaliyyətinə Azərbaycan tarixinin ən gərgin və keşməkeşli dövründə – 1992-ci ilin may ayında başlayıb.
Həmin il 22 may tarixində cəmi 3 ay əvvəl fəaliyyətə başlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı (o vaxt Azərbaycan Milli Bankı adlanırdı – FED.az) «Bank Respublika»ya fəaliyyətə başlamaq üçün lisenziya verib.
Məlumat üçün qeyd edək ki, həmin vaxt hələ Azərbaycanın milli valyutası – manat da dövriyyəyə buraxılmamışdı və ödənişlər sovet rublu ilə aparılırdı.
Ötən 30 ildə «Bank Respublika» ölkə iqtisadiyyatı ilə birlikdə dayanmadan inkişaf edərək Azərbaycanın əsas banklarından birinə, bank sektorunun mühüm iştirakçısına çevrilib.
«Bank Respublika» əhali və biznesə geniş spektrdə maliyyə xidmətləri göstərir. Bunlar hesablaşma-kassa xidməti, kredit və əmanət, plastik kartlar, pul köçürmələri, rəqəmsal bankçılıq və sair aiddir.
Bankın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar mövcuddur.
Eləcə də, bankın xidmətlərindən 10 minlərlə fərdi müştərilər istifadə edir.
Hazırda «Bank Respublika» Azərbaycanın bank sektorunun liderlərindəndir. Ən yeni - 2022-ci ilin 1-ci rübünün nəticələri «Bank Respublika»nın ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
2022-ci ilin 1-ci rübünün sonuna aktivlərinin həcmi 1 milyard 247 milyon manata çatıb. «Bank Respublika» bu göstərici ilə ölkənin ən böyük bankı olan - dövlətə məxsus Azərbaycan Beynəlxalq Bank və «Paşa Holdinq»ə məxsus banklardan sonra 5-ci yeri tutur.
«Bank Respublika» digər əsas göstəricilər - öhdəliklər (1 milyard 152 milyon manat), kredit portfelinin həcmi üzrə də (753 milyon manat) bank sistemində 5-ci sıradadır.
Bu dinamika davam etməkdədir. Son bir ildə Bakın aktivləri 12% artıb, məcmu kapitalı isə 14% artaqaq 100 milyon manata çatıb.
Son bir ildə «Bank Respublika»nın Bankın kredit portfeli 60 faizdən çox artıb. Birinci rübdə isə bankın kredit portfelinin artımı 43 milyon manat təşkil edib.
Verilən kreditlərin əsas hissəsi həm Bank, həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet olan real sektora yönəldilib. Təkcə 2022-ci ilin 1-ci rübündə bankın biznes kreditləri 18,7 milyon manat artıb.
Yeri gəlmişkən, «Bank Respublika» sahibkarlığın kreditləşdirilməsi proqramları üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. İndiyədək bu proqramlar üzrə «Bank Respublika» 200 mln. dollardan artıq məbləğdə kredit xətləri ayrılıb.
«Bank Respublika»nın Neftçilər pr. 67 ünvanında yerləşən Ofis24 fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərir. Bu xidmət Azərbaycanda ilk dəfə olaraq «Bank Respublika» tərəfindən tətbiq olunub.
«Bank Respublika» xüsusilə təmassız ödəmələrə sahəsində ən çox yeniliklər tətbiq edən maliyyə təşkilatlarındandır.
«Bank Respublika» Azərbaycanda aqrar sektoru ən aktiv maliyyələşdirən banklardandır. Bankın ümumi kredit portfelində aqrar kreditlərin payı 24% təşkil edir. Bu - ölkə bankları arasında ən yaxşı göstəricilərdən biridir. Regionlardakı kredit portfelinin məbləğinin 36%-i, say baxımdan isə kreditlərin 64%-i kənd təsərrüfatına yönəlib.
2022-ci ilin əvvəlində «Bank Respublika»nın xalis mənfəəti ötən illə müqayisədə ikiqat artaraq 6 milyon manatı keçib.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,29%, məcmu kapitalın adekvatlıq əmsalı isə 11,83% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,2 dəfə çoxdur.
Bankın bazardakı mövqeyi, həyata keçirdiyi siyayət, güclü komandası və missiyası xarici beynəlxalq təşkilatların da etimadını qazanıb. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Hazırda bank yarıdan çoxu bölgədə olmaqla 33 filial və şöbəsi, 1500-dən artıq əməkdaşı ilə istifadəçilərə xidmət göstərir. Qarşıdakı aylarda ilk dəfə olaraq «Bank Respublika»nın Naxçıvan Muxtar Respublikasında da filialı işə düşəcək.
Sözün əsl mənasında müasir idarəetmə prinsipləri ilə idarə olunan və daim yeni kadrlarla güclənən möhkəm komandaya malik Bank ölkənin Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.
Bank cəmiyyət qarşısında məsuliyyətini də unutmur - «Bank Respublika»nın sosial layihələri ardıcıl 3 ildir ki, ölkə üzrə ən yaxşı yaxşı KSM layihəsi mükafatına layiq görülür.
«Bank Respublika» Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Banklar Assosiasiyası kimi banklar üçün ənənəvi qurumlarla yanaşı, Azərbaycan Sahibkarların Milli Konfederasiyası və ABŞ-ın Azərbaycandakı Ticari Palatasının (AMCHAM) da üzvüdür.
Yeri gəlmişkən, «Bank Respublika» özünün 30 illik yubileyi münasibəti ilə biznes və əhali üçün endirimli kredit kampaniyaları elan edib.
"Bank Respublika" 30 yaşı münasibətilə mikro kredit faizlərində 30% endiriь – ELAN EDİR!
"Bank Respublika" 30 yaşına həsr edilmiş nağd kredit kampaniyası - ELAN EDİR!