ADA Universitetinin Karyera xidmətləri üzrə adminstartoru olan Kəmalə Eynullayeva da “Yelo Bank” ASC-də karyerasını davam edəcək.
Eləcə də bax: “Bank VTB (Azərbaycan)”da - Yeni Təyinat
FED.az Banker.az-a istinadən xəbər verir ki, K.Eynullayeva bankda İşə qəbul və kadr planlaması şöbəsinin müdiri təyin olunub.
O, bank karyerasına 2004-cü ilin dekabrında “AGBank”da start verib, 2014-cü ilin dekabrına qədər burada çalışıb.
2015-ci ilin oktyabrından 2017-ci ilin mayına qədər “CDB Bank”da insan resursları üzrə, 2017-ci ilin mayından 2017-ci ilin noyabrına qədər “Ata Bank”ın Marketinq və kommunikasiya departamentində çalışıb. 2018-ci ilin yanvarından 2019-cu ilin martına qədər “Rabitəbank”da İşəgötürmə və qiymətləndirmə idarəsinə rəhbər təyin edilib.
2019-cu ilin sentyabrından 2020-ci ilin oktyabrına qədər isə Kəmalə Eynullayeva ADA Universitetində Karyera xidmətlərinin adminstartoru vəzifəsində çalışıb.