“Yelo Bank”ın maliyyə vəziyyəti məlum olub.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın 2019-cu ildə xalis mənfəəti 68,74 min manat təşkil edib. Qeyd edək ki, 2018-ci ildə bank 135 milyon 201 min manat zərər etmişdi.
Eləcə də bax: «Çətinliklər arxada qalıb, yeni qayda ilə işləyirik» - BANKİRLƏ MÜSAHİBƏ
Xatırladaq ki, bir müddət əvvəl bankın idarə heyətinin sədri Nikoloz Şurqaia FED.az-a bildirmişdiki, bank 2018-ci ildə zərər etsə də 2019-cu ildə yaxşı göstəriciləri nümayiş etdirir. O hazırda bankın öz inkişafında pozitiv mərhələdə olduğunu bildirmişdi.
Eləcə də bax: Təcrübəli bankirə bankda bir neçə - VƏZİFƏ VERİLDİ
“Biz daxildə çox şeyi dəyişirik və bizim müştərilər bunları görəcəklər”-deyə Nikoloz Şurqaia FED.az-a bildirmişdi. Hazırda bankın göstəriclərinin yaxşılaşması və kadr islahatı da bir müddət bundan əvvəl bankın rəhbərinin dediklərini təsdiq edir.
2019-cu ildə bankın faiz gəlirləri 57 milyon 673 min manat, faiz xərcləri 16 milyon 811 min manat təşkil edib. 2018-ci illə müqayisədə faiz gəlirləri 10 milyon 465 min manat və ya 15,3% azalıb. Faiz xərcləri 1 milyon 303 min manat və ya 8,3% artıb.
Hesabata gəlincə isə bankın 2018-ci ildə faiz gəlirləri 68 milyon 137 min manat, faiz xərcləri 15 milyon 509 min manat təşkil edib.
Eləcə də bax: "Accessbank"dan "Yelo bank"a - YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT
2019-cu ildə bankın qeyri-faiz gəlirləri 5 milyon 038 min manat, qeyri-faiz xərcləri 34 milyon 162 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın qeyri-faiz gəlirləri 2 milyon 651 min manat və 34,4% azalıb. Qeyri-faiz xərcləri 10 milyon 799 min manat və ya 46,2% artıb.
2018-ci ildə bankın qeyri-faiz gəlirləri 7 milyon 690 min manat, qeyri-faiz xərcləri 23 milyon 363 min manat təşkil edib.
Bankın əməliyyat mənfəəti 11 milyon 740 min manat təşkil edib. Bu məbləğdən 11 milyon 671 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Nəticədə bankın 68,74 min manat xalis mənfəəti qalıb. Bank mənfəət vergisi ödəməyib.
2019-cu ildə “Yelo Bank”ın aktivləri 484 milyon 728 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 67 milyon 688 min manat və ya 16,2% çoxdur. Məlumat üçün bildirək ki, 2018-ci ildə bankın aktivləri 417 milyon 041 min manat təşkil edib.
Bank aktivlərindən 304 milyon 349 mkin manat müştərilərinə kredit verib ki, bu da 2018-ci illə müqayisədə 21 milyon 636 min manat və ya 7,6% çoxdur. Bank 2018-ci ildə müştərilərinə 282 milyon 714 min manat kredit vermişdi.
Bankın öhdəliklərinə gəlincə isə 2019-cu ildə bu göstərici 417 milyon 536 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 66 milyon 168 min manat və ya 18,8% çoxdur. Belə ki, 2018-ci ildə bankın öhdəlikləri 351 milyon 368 min manat təşkil edib.
Bankın 2019-cu ildəki kapitalı 67 milyon 192 min manat təşkil edib. Bu rəqəm 2018-ci ildə 65 milyon 673 min manat təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın cəmi kapitalı 1 milyon 519 min manat və ya 2,3% çox olmuşdur.
Xatırladaq ki, “Yelo Bank” əvvəllər “Nikoil Bank” adlanırdı. Bank rebrendinq etdikdən sonra adını, rəngini və loqosunu dəyişib.