FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit və bank xidmətləri bazarının aktiv iştirakçısı olan “Yelo Bank”ın gəlir mənbələrini təqdim edir.
"Yelo Bank"ın xalis mənfəəti - 3 DƏFƏ ARTIB - HESABAT
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə, “Yelo Bank”ın ümumi gəlirləri 95 milyon 348 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 8-ci yerdədir.
Hesabat dövründə (ikinci rüb) “Yelo Bank”ın gəlirlərinin böyük hissəsi – 63 milyon 173 min manatı və ya bütün gəlirlərin 66%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 10 milyon 256 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 10%-i deməkdir.
“Yelo Bank”ın valyuta əməliyyatlarından gəliri – 8 milyon 644 min manat və ya ümumi gəlirlərin 8%-i həcmində olub.
“Yelo Bank” qiymətli kağızlar bazarına elə də meylli leyil, buna görə də həmin istiqamətdən gəlirləri kiçikdir – cəmi 155 min manat, ümumi gəlirlərin 1%-i qədər.
Digər banklara verilən kreditlərdən və depozitlərdən 11 nilyon manatdan çox gəlir əldə edilib.
Bankın digər faiz gəlirləri 247 min – ümumi gəlirlərin 1%-i , digər qeyri-faiz gəlirləri isə 633 min manat- ümumi gəlirlərin 1%-i təşkil edir .
Ümumiyyətlə, “Yelo Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 91%, qeyri-faiz gəlirləri 9% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
68 173 |
66% |
Komissiya haqları |
10 256 |
10% |
Valyuta əməliyyatlarından gəlirlər |
8 644 |
8% |
QK-a investisiyadan gəlir |
155 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
11 735 |
12% |
Digər banklara kreditlərdən gəlirlər |
505 |
1% |
Digər faiz gəlirləri |
247 |
1% |
Digər qeyri-faiz gəlirləri |
633 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
95 348 |
100% |