FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit və bank xidmətləri bazarının aktiv iştirakçısı olan “Yelo Bank”ın gəlir mənbələrini təqdim edir.
"Yelo Bank"ın xalis mənfəəti - 3 DƏFƏ ARTIB - HESABAT
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə, “Yelo Bank”ın ümumi gəlirləri 95 milyon 348 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 8-ci yerdədir.
Hesabat dövründə (ikinci rüb) “Yelo Bank”ın gəlirlərinin böyük hissəsi – 63 milyon 173 min manatı və ya bütün gəlirlərin 66%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 10 milyon 256 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 10%-i deməkdir.
“Yelo Bank”ın valyuta əməliyyatlarından gəliri – 8 milyon 644 min manat və ya ümumi gəlirlərin 8%-i həcmində olub.
“Yelo Bank” qiymətli kağızlar bazarına elə də meylli leyil, buna görə də həmin istiqamətdən gəlirləri kiçikdir – cəmi 155 min manat, ümumi gəlirlərin 1%-i qədər.
Digər banklara verilən kreditlərdən və depozitlərdən 11 nilyon manatdan çox gəlir əldə edilib.
Bankın digər faiz gəlirləri 247 min – ümumi gəlirlərin 1%-i , digər qeyri-faiz gəlirləri isə 633 min manat- ümumi gəlirlərin 1%-i təşkil edir .
Ümumiyyətlə, “Yelo Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 91%, qeyri-faiz gəlirləri 9% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 68 173 | 66% | 
| Komissiya haqları | 10 256 | 10% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 8 644 | 8% | 
| QK-a investisiyadan gəlir | 155 | 1% | 
| Digər banklara depozitlərdən gəlirlər | 11 735 | 12% | 
| Digər banklara kreditlərdən gəlirlər | 505 | 1% | 
| Digər faiz gəlirləri | 247 | 1% | 
| Digər qeyri-faiz gəlirləri | 633 | 1% | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 95 348 | 100% | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








