FED.az xəbər verir ki, "Yelo Bank" Biznes-proseslərin idarə olunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Mövcud biznes proseslərin təhlili, qiymətləndirilməsi və təkmilləşdirmə üzrə təkliflərin hazırlanması
• Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək, yeni məhsul və xidmətlər üzrə proseslərin hazırlanması
• Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərini sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması
• Struktur bölmələrdən daxil olan proseslərin dəyişdirilməsi ilə bağlı sorğuların qəbulu və icrası
• Proseslərin avtomatlaşdırılması ilə bağlı sorğuların yaradılması və icrasının koordinasiyası
• Normativ sənədlər bazasının idarə edilməsi
Tələblər:
• Ali təhsil
• Bank və / və ya proseslərin idarə olunması sahəsində minimum 2 il təcrübə
• İstifadəçilər üçün anlaşıqlı dildə yazma bacarığı
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə olaraq ingilis və ya rus dili bacarığı mütləqdir
• Analitik təhlil, kritik düşünmə bacarıqları
• Layihələrin idarə olunması üzrə bilik və təcrübəyə üstünlük verilir