Yelo Bank Vətənimizin ərazi bütövlüyü naminə döyüşmüş, torpaqlarımız uğrunda şəhid olmuş hərbçilərimizə və onların ailələrinə dəstək göstərməyi özünün vətəndaşlıq və insanlıq borcu hesab edir. Bu dəfə Bank müqəddəs Ramazan bayramı münasibətilə Qarabağ uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinə dəstək olub.
FED.az xəbər verir ki, Yelo Bank Xocavənd rayonu Qızıl Aypara Cəmiyyəti ilə birlikdə şəhidlərimizin əmanəti olan ailələrə bayramqabağı ziyarət edib. Bankın və Cəmiyyətin birgə maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət bağlamalar onlara təhvil verilib.
Xatırladaq ki, Yelo Bank korporativ sosial məsuliyyəti çərçivəsində şəhid ailələri və qazilərimizə həssaslıqla yanaşır və Qarabağ döyüşlərinin ilk günlərindən bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.
Bank xidmətləri (kredit, kart, depozit, mobil əlavə və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!