Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı «Yapı Kredi bank Azərbaycan» 2020-ci ilin 1-ci rübü üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: «Premium Bank»ın vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 7 milyon 414 min manat, faiz xərcləri 551 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 11,3%, faiz xərcləri 26% azalıb.
Nəticədə bankın xalis faiz gəliri 6 milyon 863 min manat təşkil edib.
1-ci rübdə bankın qeyri-faiz gəliri 3 milyon 279 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 499 min manat olub.
Nəticdə «Yapı Kredi Bank» 1-ci rübü 3 milyon 643 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bununla yanaşı, bank mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına 4 milyon 053 min manat ayırıb. Nəticədə bankın vergiyə qədərki zərəri 409 min manat, 247 min manat vergi ödənişindən sonra isə xalis zərəri 656 min manat təşkil edib.
Banklar 2020-ci ilin I rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bu dövrdə bankın aktivləri 365 milyon 836 min manat (14,6% azalma), kredit portfeli 173 milyon manat təşkil edib. Bankın kredit portfelinin əsas hissəsi ənənəvi olaraq biznes kreditlərinin payına düşür – 117,7 milyon manat.
Birinci rübdə «Yapı Kredi Bank» öhdəliklərini kəskin azaldaraq 347,3 milyon manatdan 285,4 milyon manata endirib (17,8% azalma). Bankın depozit portfeli 262,9 milyon manat olub, depozitlərin böyük hissəsi hüquqi şəxslərin payına düşüb.
Bankın kapialı isə 80,4 milyon manat təşkil edir. Bunun 55,4 milyon manatı səhmdar kapitalı, 22,9 milyon manat bölüşdürülməmiş mənfəət, 2 milyon manat ümumi ehtiyatlardır.