«Premium Bank»ın 2020-ci ilin 1-ci rübünü necə başa vurduğu məlum olub.
Eləcə də bax: «Bank of Baku»nun vəziyyəti məlum oldu – BANK HESABATI
FED.az xəbər verir ki, rüb ərzində bankın faiz gəlirləri 8 milyon 852 min manat (19,1% və ya 2 milyon 96 min manat azalma), faiz xərcləri 4 milyon 296 min manat (7,7% və ya 357 min manat azalma), xalis faiz gəliri 4 milyon 556 min manat (27,6% və ya 1 milyon 739 min manat azalma) təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4 milyon 551 min manat (4,1% və ya 194 min manat azalma), qeyri-faiz xərcləri isə 7 milyon 613 min manat (9,4% və ya 787 min manat azalma) olub.
Banklar 2020-ci ilin I rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Mümkün zərərlər üçün 4 milyon 560 min manat ehtiyat ayırmalardan sonra bank rübü 6 milyon 55 min manat xalis mənfəət ilə başa vurub.
Bu dövrdə bankın cəmi aktivləri 0,4% azalaraq 640 milyon 63 min manat olub. Cəmi kapitalı 5,3% artaraq 134 milyon 800 min manat təşkil edib. Bankın öhdəlikləri isə 1,8% azalaraq 505 milyon 263 min manat olub.
Birinci rübdə bankın kredit portfeli 9 milyon 682 min manat və ya 1,7% artaraq 577 milyon 255 min manat olub.
Birinci rübdə «Premium Bank»ın derpozitlərinin məbləği ilin əvvəli ilə müqayisədə 11 milyon 415 min manat və ya 2,4% azalaraq 459 milyon 430 min manat olub.