"Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2024-cü ilin 9 ayında 32,1 milyon manat təşkil edib. Bu illik müqayisə ilə 4,8 milyon manat və ya 18% artıb).
Faiz gəlirlərinin böyük hissəsi, yəni 22 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 1,6 milyon manat və ya 8% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 4,2milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon manat (14%) artım deməkdir.
Faiz xərcləri 2,9 milyon manat (2,7 dəfə) artaraq 4,6 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 3,8 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 2,1 milyon manat və ya 2,2 dəfə çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 27,4 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 1,8 milyon manat və ya 7% çoxdur.