Bu ilin III rübündə "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfelinin həcmi 403,2 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Onun da 100 milyon manatı fiziki, 303,2 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 36,5 milyon manat (10%), əhalinin depozitlərində isə 10 milyon manat (11%), şirkətlərin əmanətlərində 26,5 milyon manat (10%) artım baş verib.
Xatırlatma üçün bildirək ki, ötən ilin sonunda "Yapı Kredi Bank Azərbaycan" 366,7 milyon manat depozit portfelinə malik olub. Bunun da 90 milyon manatı fiziki, 276,7 milyon manatı hüquqi şəxslərin əmanətləri olub.