Bu ilin ilk rübünün nəticələrinə əsasən "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 11 milyon 537 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bunun da 7 milyon 795 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 867 min manat və ya 8%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 550 min manat (8%) artıb.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 220 min manat və ya 15% artaraq 1 milyon 668 min manata yüksəlib.
Bundan başqa 2 milyon 12 min manat faiz xərcinin 1 milyon 701 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 1 milyon 28 min manat (2 dəfə) və 941 min manat (2,2 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 9 milyon 525 min manata bərabər olub.