"Yapı Kredi Azərbaycan" ASC 2025-ci ilin 1-ci rübünü 2 milyon 281 min manat xalis mənfəət ilə başa vurub.
Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
"Yapı Kredi" hesabat dövründə 521 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə bankın faiz gəlirləri 11 milyon 537 min manat təşkil edib ki, bunun da 7 milyon 795 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 867 min manat və ya 8%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 550 min manat (8%) artıb.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 220 min manat və ya 15% artaraq 1 milyon 668 min manata yüksəlib.
Bundan başqa 2 milyon 12 min manat faiz xərcinin 1 milyon 701 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 1 milyon 28 min manat (2 dəfə) və 941 min manat (2,2 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 9 milyon 525 min manata bərabər olub.
Bu dövrdə "Yapı Kredi Azərbaycan"ın qeyri-faiz gəlirləri 6 milyon 462 min manat, xərcləri isə 11 milyon 591 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 998 min manat (18%), xərclər 452 min manat (4%) artıb.
Qeyri faiz gəlirlərinin 4 milyon 297 min manatı alınan haqq və komissiya gəlirlərinin payına düşüb ki, bu da 216 min manat (5%) artımdır. Digər gəlirlər isə kəskin şəkildə artaraq 5 min manatdan 397 min manata yüksəlib.
Bankda əmək haqqı və digər kompensasiya növlər üzrə xərclər 4 milyon 325 min manata çatıb. Bu xərclər son bir il ərzində 374 min manat (9%) artıb.
Bundan başqa ümumi və inzibati xərclər 2 milyon 396 min manata, amortizasiya xərcləri isə 918 min manata, digər xərclər isə 3 milyon 953 min manata bərabər olub.
Ümumi və inzibati xərclər 236 min manat (11%), amortizasiya xərcləri isə 24 min manat (3%) artıb.
2025-ci ilin ilk rübündə "Yapı Kredi Azərbaycan" 560 milyon 83 min manat aktivlərə malik olub.
Aktivlərin 123 milyon 712 min manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlər təşkil edib.
Ticarət və investisiya qiymətli kağızlarına yatırımların həcmi 72 milyon 244 min manata bərabər olub.
Cari ilin ilk rübündə "Yapı Kredi Azərbaycan" 320 milyon 603 min manat kredit portfelinə malik olub. Bankın kredit portfeli son 3 ay ərzində 3 milyon 13 min manat (1%) böyüyüb.
Ümumi kredit porfelinin 84 milyon 559 min manatını istehlak, 183 milyon 437 min manatını biznes kreditləri, 52 milyon 566 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2024-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 2 milyon 714 min manat (3%), ipoetka kreditləri 4 milyon 623 min manat böyüyüb.
Ümumi kredit portfelinin 28 milyon 744 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 291 milyon 858 min manat olub ki, bu da son bir ildə 2 milyon 105 min manat, başqa sözlə 1% artım deməkdir.
"Yapı Kredi Azərbaycan"ın öhdəlikləri 447 milyon 410 min manata bərabər olub.
Bankın ümumi depzoit portfeli 387 milyon 80 min manat təşkil edib. Onun da 89 milyon 209 min manatını fiziki, 297 milyon 871 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bankın balans kapitalı 1 milyon 727 min manat (2%) artaraq 111 milyon 672 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 2 milyon 280 min manat, başqa sözlə 5% artaraq 51 milyon 842 min manata yaxınlaşıb.