“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I yarısını 472 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: Təcili: «Muğanbank»ın vəziyyəti – MƏLUM OLDU - HESABAT
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 86,1% azdır.
Yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 20,7 milyon manat (illik müqayisədə 12,9% az), xərcləri 14,3 milyon manat (10,1% az), xüsusi ehtiyatlara ayırmaları 5,7 milyon manat (64,7% çox), mənfəət vergisi ödəmələri isə 303 min manat (72,4% az) təşkil edib.
Bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 355,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,2% azdır. Bunun 115,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,8% kiçilib.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 16,6% azalaraq 273,8 milyon manata, o cümlədən depozit portfeli 14,9% azalaraq 254 milyon manata düşüb, balans kapitalı isə 0,8% artaraq 81,3 milyon manata çatıb.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.