Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan banklardan biri - «Muğanbank» 2020-ci ilin ilk yarım ilinin nəticələrini açıqlayıb.
Eləcə də bax: ”Muğanbank” ASC yeni əmanət faizlərini - AÇIQLADI
FED.az xəbər verir ki, ilk 6 ayda bankın faiz gəlirləri 14 624 min manat, faiz xərcləri 9 916 min manat, xalis faiz gəliri 4 707 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8 415 min manat, qeyri-faiz xərcləri 13 870 min manat təşkil edib.
Nəticədə bank ilk yarım ili 747 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Mümkün zərərlər üzrə yaradılan 1 133 min manatlıq ehtiyatları da nəzərə alanda bank 2020-ci ilin ilk yarısını 1 880 min manat zərərlə başa vurub.
Ötən liin eyni dövrü ilə müqayisədə bankın zərəri 5,2 dəfə azalıb.
Bu dövrdə bankın cəmi aktivləri 591 milyon 807 min manat (10,3% azalma), öhdəlikləri 505 milyon 712 min manat (11,9% azalma) , cəmi kapitalı 86 milyon 095 min manat (1% azalıb) təşkil edib.
Bu dövrdə «Muğanbank»ın kredit portfeli bir qədər – 10 milyon manat və ya 2,7% kiçilərək 356 milyon manata enib. Əvəzində bankın biznes kreditləri 2,4 milyon manat artaraq 210,8 milyon manata yüksəlib. «Muğanbank»ın daşınmaz əmlak kreditləri isə 6,5 milyon manat artaraq 109,3 milyon manata yüksəlib.