“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Audit Koimitəsi və Daxili audit xidmətində dəyişikliklər olub.
Eləcə də bax: “Azərbaycan Sənaye Bankı”nın rəhbərliyində dəyişiklik - TƏYİNATLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Audit Komitəsinin sədri Eyüboğlu Nürgün Ali Bülent və iki üzvü Abdullah Geçer Salcı və Gül Pinar Tamer vəzifələrini tərk ediblər.
Onların yerinə Audit Komitəsinə Akbulut Mehmet Erkan sədr, Şakul Muharrem Kaan və Kaya Mustafa Cengiz isə üzv kimi seçiliblər.
Digər bir məlumata görə isə Daxili audit xidmətinin rəhbəri Önvüral Bora Safer vəzifəsindən kənralaşıb, onun yerinə Karabay Burak Vecdi təyin edilib.