“Azersun Holding”ə yaxın olan bank “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurası üzvlərindən biri dəyişib.
Eləcə də bax: "Unibank"ın İdarə Heyətində - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, indiyə qədər Müşahidə Şurası üzvi olan Ebrahim Samadi vəzifəsindən ayrılıb. Bank səhmdarlarının qərarına əsasən, Hakan Şirin Ali bu vəzifəyə təyin edilib.
ASB Bankın Müşahidə Şurasına “Azersun Holdinq”in sahibi Abdulbari Gozalın qızı Zeynab Konyar sədrlik edir. Digər üzv isə Ali Reza Firouzidir.
Digər təyinat isə Audit Komitəsi ilə bağlıdır. ASB Bankın Audit Komitəsinin üzvi olan Namət Zamanov Zülal oğlu üzvlikdən çıxarılıb, onu bu vəzifədə Telman Həsənov Səttar oğlu əvəzləyib.
ASB Bank 1996-cı ildə yaradılıb və 60 mln. nizamnamə kapitalına sahibdir.
Kapitalında 98.43%-i “Anadolu Investment Company”ə, 1.00%-i A.Gozalın digər qızı Leyla Gozal Kurta və 0.57%-i isə “Azərbaycan Sənaye Lizinq” şirkətinə məxsusdur.