Bu ilin yanvar ayında bankların kredit portfeli 0.1% və ya 37 mln. manat artaraq 27,514.7 mln. manat olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə kredit portfelinin strukturu yanavr ayına görə aşağıdakı kimi olub:
ı) biznes kreditləri – 53.5% (14,709.9 mln. manat);
ıı) istehlak kreditləri – 31.1% (8,551.7 mln. manat):
ııı) ipoteka kreditləri – 15.4% (4,253.1 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil edib.