2025-ci ilin yanvar ayında Azərbaycanda banklar 71 milyon manat xalis mənfəət əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu isə ötən ilin eyni dövrünə nisbətən 28,6 milyon manat və ya 29% azdır.
2024-cü ilin yanvar ayında bankların xalis mənfəəti 99.6 milyon manat idi.