Azərbaycandakı bankların 2025-ci ilin yanvarında kreditlərdən əldə etdiyi gəlirlər məlum olub.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk ayında bankların kreditlər üzrə faiz gəlirləri 294.9 milyon manat təşkil edib.
Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55,2 milyon manat və ya 23% çoxdur.
Bankların 2024-cü ilin yanvar ayında kreditlər üzrə 239.7 milyon manat faiz gəliri əldə etmişdi..