2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan banklarının biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.
Eləcə də bax: Aktivlərindən ən yaxşı istifadə edən banklar - SİYAHI-CƏDVƏL
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2022-ci il fevralın 28-nə bankların kredit portfeli 17 milyard 126,5 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,8% - İF) həcmində qiymətləndirilir.
Bu dövrdə bankların biznes kreditləri üzrə portefli 2,4% - 9 milyard 972,9 milyon manatadək və ya bankların bütün kredit portfelinin 58,2%-i səviyyəsində artıb.
Hesabat dövründə bankların istehlak kreditləri üzrə portfeli 3,8% - 4 milyard 691,8 milyon manatadək artıb, xüsusi çəki 27,4% təşkil edib.
Yanvar-fevral aylarında bankların ipoteka kreditləri üzrə portfeli 2,5% - 2 milyard 461,8 milyon manatadək (bankların bütün kredit portfelinin 14,4%-i) artıb.
2022-ci il fevralın 28-nə Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir. (İnterfaks-Azərbaycan)