2019-cu il dekabrın 1-nə qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 511,5 mln. manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı "APA"ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, əmanətlərin həcmi aylıq müqayisədə 20%, illik ifadədə isə 33% azalıb.
Eləcə də bax: Noyabrda böyük məbləğdə - DOLLAR ƏMANƏTLƏRİ GERİ GÖTÜRÜLÜB
Dekabrın 1-nə əsasən xarici ölkə vətəndaşlarının banklardakı əmanətlərinin 396,1 mln. manatı və ya 77,4%-i xarici valyutada yerləşdirilib. AMB-nin məlumatına görə, əcnəbilərin xarici valyuta ilə yerləşdirilmiş əmanətlərinin həcmində noyabrın 1-i ilə müqayisədə 25%-lik, 2018-ci il dekabrın 1-nə nisbətən isə 40%-lik azalma qeydə alınıb.